AZ

Zelenski: Ərazi mübadiləsi məsələsini təhlükəsizlik zəmanətlərindən ayırmaq olmaz

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ərazi mübadiləsi məsələsi ölkənin təhlükəsizlik zəmanətləri və suverenliyindən ayrı şəkildə müzakirə oluna bilməz.

O, bu fikri jurnalistlərlə söhbəti zamanı ABŞ-ın mümkün təzyiqi ilə bağlı suala cavab verərkən səsləndirib. Zelenskinin sözlərinə görə, belə bir vəziyyət ABŞ prezidenti Donald Tramp və Rusiya arasında Donbasın işğalı barədə razılıq əldə olunacağı və Ukraynanın sülh danışıqlarını pozmaqda ittiham ediləcəyi halda yarana bilər.

“Rusların planı çox sadədir. Mən gündəlik olaraq təzyiq gözləyir və hiss edirəm. Bundan çox qorxmuram. Nədən ehtiyat edirik? Yüksək ehtimal var ki, Putin deyəcək: ‘Zelenski qoşunlarını Donbasdan çıxarsın – o zaman atəşkəs olacaq’. Biz bunun təfərrüatlarını eşidəcəyik və cavab verəcəyik. Tramp isə deyə bilər ki, ‘ukraynalılar bunu etməlidir’,” – deyə Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr