AZ

Netanyahu İran xalqına müraciət edib: Mən sizinləyəm!

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

 

Müvafiq müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

 

Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağırıb.

 

“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.

 

İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri qeyd edib.

 

Report

Tarix: 13 Avqust 2025, 00:16   
Seçilən
25
15
pravda.az

10Mənbələr