AZ

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana XƏBƏRDARLIQ

“Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün vacibdir”.

Oxu.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə İran və ya Rusiya “Tramp marşrutu”na mane olmağa çalışsalar, ABŞ-nin hansı addımları atacağı ilə bağlı sualı cavablandırarkən deyib.

O həmçinin əlavə edib ki, Aİ, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.

Seçilən
11
14
editor.az

10Mənbələr