AZ

“Google”-a “Chrome” brauzeri üçün 34,5 milyard dollar təklif edilib

Süni intellektin inkişafı üzrə ixtisaslaşmış Amerika şirkəti “Perplexity” “Google”a “Chrome” brauzerini 34,5 milyard dollara almaq təklifi göndərib.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.

Nəşrin məlumatına görə, təklifin məbləği 18 milyard dollar dəyərində qiymətləndirilən “Perplexity”nin özünün bazar dəyərindən təxminən iki dəfə çoxdur. Şirkət alışı maliyyələşdirmək istəyən bir sıra investorların dəstəyini aldığını bildirib.

Təklif ABŞ məhkəməsində “Google”un veb-axtarış bazarında inhisar mövqeyini zəiflətmək üçün brauzeri satmağa mümkün məcburiyyəti ilə bağlı işə baxılması fonunda verilib. “Perplexity” təşəbbüsü, maraqlı alıcının olması üçün siqnal kimi qəbul edilə bilər.

Eyni zamanda, Google Chrome-u satmaq fikrindən imtina edərək, bunun korporasiyanın biznesinə xələl gətirə, yeni texnologiyaların inkişafını məhdudlaşdıra və kibertəhlükəsizlik risklərini artıra biləcəyini iddia edir.

Seçilən
18
4
report.az

8Mənbələr