AZ

Kriştiano Ronaldo və Eddi İsrafilovun çıxış etdiyi klublar, ya Traktor hansı güclüdür?

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

IFFHS klubların dünya reytinqində Asiya təmsilçiləri arasında lider Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol komandasıdır.

İdman.biz xəbər verir ki, qitənin ən güclüsü 231,75 xalla dünyada da 41-cidir.

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" 141 xalla Asiyada 5-ci, dünyada isə 130-cu mövqedə qərarlaşıb.

Azərbaycan millisində oynamış Eddi İsrafilovun çıxış etdiyi "Cohor Darul Ta'zim" (Malayziya) 94 xalla qitədə 16-cı, dünya reytinqində isə 231-cidir.

İran çempionu və ölkə superkubokunun qalibi "Traktor"un 86,75 xalı var və Təbriz təmsilçisi Asiyada 19-cu, dünyada 261-ci yerdədir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
icma.az

2Mənbələr