Saatlı, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda 1 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər rayonun Qaranuru kəndində qeydə alınıb. Həmin kəndin sakini Validə Abışovanı yaşadığı evin həyətindəki yardımçı tikilidə elektrik cərəyanı vurub və o ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.
Faktla bağlı araşdırma aparılır.