AZ

Saatlıda elektrik cərəyanının vurduğu qadın ölüb

Saatlı rayonunda 1 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər rayonun Qaranuru kəndində qeydə alınıb. Həmin kəndin sakini Validə Abışovanı yaşadığı evin həyətindəki yardımçı tikilidə elektrik cərəyanı vurub və o ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
110
47
cebheinfo.az

10Mənbələr