AZ

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Yol-hərəkəti qaydalarını heçə sayaraq polisdən qaçan motosiklet sürücüsü həbs edilib.


Manset.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.

Bildirilir ki, BŞDYPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.


Seçilən
47
48
manset.az

10Mənbələr