Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı “Pantsir” hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi 12 qüllə ilə əhatələnib.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” “Yandeks” peyk görüntülərinə və “Yandeks.Güzgü” foto xidmətinə istinadla məlumat yayıb.
Radio bildirib ki, Valday ətrafındakı qüllələr barədə məlumatları 2024-cü ildən toplamağa başlayıb.
Məlumata görə, Putinin iqamətgahının ətrafındakı “Pantsir” qüvvələri 20 milyondan çox əhalinin yaşadığı Moskvadakı HHM qüllələrinin sayından cəmi 5 dəfə azdır.
Qeyd edək ki, Vladimir Putinin Valdaydakı iqamətgahında arvadı Alina Kabayeva və iki oğlu yaşayır.