AZ

Avropa üçlüyü İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduqlarını bəyan ediblər

Bakı. Trend:

Avropa “üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) İrantərəfindən ABŞ və beynəlxalq dairələrlə nüvə məsələsi üzrəmüzakirələr yenidən başlanmadığı halda İrana qarşı sanksiyalarabərpa etməyə hazır olduqlarını bəyan ediblər.

Bu barədə Trendxarici KİV-ə istinadən məlumat verib.

Avropa üçlüyü xarici işlər nazirləri 12 avqustda BMT baş katibiAntonio Quterreşə məktub ünvanlayıblar.

“Tam şəffaf şəkildə bildiririk ki, İran avqust sonunadəkdiplomatik yolu qəbul etməzsə və yaxud yaradılan vaxt imkanındanistifadə etməzsə, Avropa üçlüyü “Snapback” mexanizminiaktivləşdirməyə hazırdır”, - məktubda qeyd olunur.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı iləəlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa vəAlmaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həminilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətininolmayacağını elan edib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cümüddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfinplanı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.

Seçilən
71
1
az.trend.az

3Mənbələr