AZ

Azərbaycan klubu həndbol üzrə Avropa Kubokunda hər iki oyununu Bakıda keçirəcək

Bakı, 13 avqust, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Kür” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində keçirəcəyi oyunların yeri məlum olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Mingəçevir təmsilçisi Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə hər iki görüşünü Bakıda keçirəcək.

Klubların qarşılıqlı razılığı əsasında matç “AHF Arena”da reallaşacaq.

Matçlar oktyabrın 4-5-də olacaq.

Seçilən
51
2
azertag.az

3Mənbələr