Bakı, 13 avqust, AZƏRTAC
Qadın həndbolçulardan ibarət “Kür” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində keçirəcəyi oyunların yeri məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Mingəçevir təmsilçisi Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə hər iki görüşünü Bakıda keçirəcək.
Klubların qarşılıqlı razılığı əsasında matç “AHF Arena”da reallaşacaq.
Matçlar oktyabrın 4-5-də olacaq.