AZ

Bafode Diakite “Bornmut”da!

Fransanın “Lill” komandasının fransalı mərkəz müdafiəçisi Bafode Diakite bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı müdafiəçi yeni komandasında 18 nömrəli formanı geyinəcək. İngiltərə klubu oyunçunun keçidi üçün “Lill”ə 35 milyon avro ödəyib.

Əslən Qvineyadan olan Bafode Diakite Fransada dünyaya göz açıb. “Tuluza”nın yetirməsi olan futbolçu 2022-ci ilin yayında 3 milyon avro müqabilində “Lill”ə keçmişdi. O, sözügedən komandanın heyətində 112 oyuna çıxıb, 13 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Bafodeyə əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
66
18
arena.az

10Mənbələr