
Serbiya Prezidenti Aleksandar Vucic növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürməyəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Vuçiç Avstriya kansleri Kristian Stokerlə görüşündən sonra mətbuat konfransı zamanı deyib.
“Mən siyasi veteranam, daha namizəd ola bilmərəm və konstitusiyaya dəyişiklik etmək fikrində deyiləm”, - Vuçiç deyib.
Serbiya prezidenti respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsini də ehtimal edib. O, prezidentlik karyerasını “il yarımdan sonra” başa vuracağını vurğulayıb.
Xatırladaq ki, Serbiyada 2024-cü ilin noyabrından Novi Sadda qatar stansiyasında tavanın uçması və 15 nəfərin ölümündən sonra etirazlar başlayıb. Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar. Onların tələblərindən biri də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.