AZ

“Milan” heyətini yeni futbolçu ilə gücləndirdi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “rossonerlər” “Cenoa”nın müdafiəçisi Koni de Vinteri transfer edib.

23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, “Milan”da 5 nömrəli formanı geyinəcək.

Mətbuatda yayılan məlumatlara əsasən, belçikalı futbolçunun transferi “Milan”a 20 milyon avroya başa gəlib.

De Vinter 2018-ci ilin yayında “Yuventus”un gənclər komandasında çıxış etmək üçün İtaliyaya köçüb. O, Belçika millisində 4 oyun keçirib.

“Milan” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 17-də İtaliya Kubokunda “Bari”yə qarşı keçirəcək.

Seçilən
9
90deqiqe.az

1Mənbələr