AZ

Çin Aİ-nin iki maliyyə qurumuna qarşı sanksiyalar tətbiq etdi

Çin hakimiyyəti Aİ-nin anti-Rusiya sanksiyalarına cavab olaraq Avropa İttifaqının iki maliyyə qurumuna məhdudiyyətlər qoyub.

Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Ticarət departamentinin yaydığı bəyanatda qeyd edilib ki, Pekinin əks tədbirləri iki Avropa bankına - “UAB Urbo Bankas” və “AB Mano Bankas”a şamil edilir.

Bu hərəkətlər, qeyd edildiyi kimi, Çinin müvafiq dövlət koordinasiya mexanizminin təsdiqi ilə xarici sanksiyalara qarşı mübarizə haqqında ÇXR qanununa uyğun olaraq həyata keçirilib. Nəticədə, Çin təşkilatları və fiziki şəxslərin Avropa İttifaqının göstərilən maliyyə institutları ilə əməliyyatlar aparmaq və əməkdaşlığı təşviq etmək hüququ yoxdur.

Bəyanatda vurğulanır ki, Aİ-nin Çin təşkilatlarına təsir edən anti-Rusiya sanksiyaları beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının əhəmiyyətli dərəcədə pozulmasıdır, ÇXR müəssisələrinin qanuni hüquq və maraqlarına ciddi ziyan vurur. \\Yeniavaz.com 

Seçilən
9
2
hurriyyet.az

3Mənbələr