AZ

Leonardo Di Kaprio bu filmdən imtina etdiyinə görə peşmandır

Hollivud ulduzu Leonardo Di Kaprio rejissor Pol Tomas Andersonun “Boogie Nights” filmində rol almadığına görə peşmandır.

Publika.az xəbər verir ki, bu barədə o, "Esquire" nəşrinə rejissorla birgə müsahibəsində danışıb.

“Mənim ən böyük peşmanlığım "Boogie Nights" filmində rol almamağımdır. Mənim nəslim üçün dərin məzmunlu film idi. Filmə baxanda onun şah əsər olduğunu düşündüm", - aktyor bildirib.

Qeyd edək ki, Pol Tomas Andersonun yeni filmi "One Battle After Another" filmində Leonardo Di Kaprio baş rolda çəkilib. Film sentyabrda ekranlara çıxacaq.

Seçilən
134
14
publika.az

10Mənbələr