Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.
Editor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, sürücü Əlifağa Aqil oğlu Həsənov ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib:
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərnişindaşıma fəaliyyəti yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunmalı və bu fəaliyyət zamanı sərnişinlərin təhlükəsizliyi tam təmin edilməlidir”.