AZ

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi üzrə yeni konsepsiya təsdiqlənib

Bakı.Trend:

Azərbaycanda əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq,icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq vəsəhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkinTibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya"sənədi təsdiqlənib. Konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyəəlçatan, keyfiyyətli və davamlı ilkin tibbi sanitariya-yardımınıntəmin olunmasını qarşıya məqsəd qoyur.

Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi,TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibbmüəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması vərəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ilkin səhiyyə xidmətinintəkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsindəəlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətingöstərilməsinə gətirib çıxaracaq. Habelə, ən ucqar nöqnələrdə olanvətəndaşalrın da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq,xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmətetmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığortafondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə vəuniversal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrininfəaliyyətinin rəqəmsallaşması çərçivəsində, kənd tibb məntəqələri,kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) vəambulator-poliklinik tibb müəssisələrinə müraciət edənpasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərinverilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılmasıplanlaşdırılıb.

Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımınınmaliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasənaparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyəresurslarının regionlar üzrə balanslı paylanmasını hədəfləyir. Yenimaliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqabətqabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbediciliyiniartıracaq.

Tibbi xidmət təchizatçılarına düzgün motivasiya yaradan ödənişmexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaqsağlamlığı, xroniki xəstəliklər və digər prioritet xəstələnməhalları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərininəməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundanəlavə, təhkimçiliyində olan əhalinin sağlamlıq və yaşgöstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibbbacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdətutulur.

Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhalininehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabərqaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etməkməqsədi daşıyır.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vəTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) artıq 2 iləyaxındır ki, əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalıilkin tibbi-sanitariya yardımının təmin edilməsi üzərində çalışır.Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımınıntəkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir.

Seçilən
3
8
az.trend.az

9Mənbələr