Yazını böyüt
Yazını kiçilt
Avqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Ə.Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.