“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Belə ki, III təsnifat mərhələsində “Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdıran (0:0, 3:0) “Ferentsvaroş” (Macarıstan) Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.
Xəbər verdiyimiz kimi, III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.
Qurban Qurbanovun komandası “Ferentsvaroş”la ilk oyunu avqustun 19-da səfərdə, cavab görüşünü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Qabil YUSİFOĞLU
XQ