AZ

Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olanMasallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdançox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6müəssisə artıq fəaliyyətə başlayıb.

Bu barədə Trend İqtisadi Zonaların İnkişafı Agentliyinəistinadən xəbər verir.

Qeyd olunub ki, sahibkarlar tərəfindən görülmüş işlərəümumilikdə 2,12 milyon manat investisiya yatırılıb, 70-dən artıqdaimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrəəlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dənçox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitininyaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı,həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalınınartırılmasında və ixracının genişləndirilməsində mühüm roloynayır.

Belə ki, Sənaye Məhəlləsində indiyədək 15,9 milyon manatlıqməhsul istehsalı həyata keçirilib. Həmçinin, bu ilin I yarısında1,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilinanaloji dövrü ilə müqayisədə 15% çoxdur.

Seçilən
17
az.trend.az

1Mənbələr