Bakı. Trend:
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonunda talama cinayəti qeydəalınıb.
"Paytaxt sakininin rayon ərazisində yerləşən avtoyumaməntəqələrinin birindən 1100 manat dəyərində qol saatı və mobiltelefonu oğurlanıb.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdəşübhəli bilinən 40 yaşlı S.Abiyev tutulub.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə qadınvətəndaşın dələduzluq yolu ilə bank kartından 1500 manat ələkeçirən 30 yaşlı X.Əskərov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır",- məlumatda qeyd edilib.