AZ

Lənkəranda DƏHŞƏT – 6 yaşlı uşaq xəstəxanalıq oldu

Səhər saatlarında Lənkəran şəhərinin “20 Yanvar” küçəsində azyaşlı piyada avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2019-cu il təvəllüdlü A. İsmayılzadə yolu qarşı tərəfə keçmək istəyərkən “QAZ-3110” markalı nəqliyyat vasitəsi tərəfindən vurulub.

Yaralı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, azyaşlının huşu tam bərpa olunmayıb, baş nahiyəsində çoxsaylı əzilmələr, sağ çiynində isə sınıq aşkarlanıb. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
105
14
bizim.media

10Mənbələr