AZ

“Azərbaycandan keçən yollar Ermənistan Respublikası üçün açılacaq” - David Xudatyan

“ABŞ-də imzalanan sənədlər nəticəsində blokadanın götürülməsi ikitərəfli proses olduğundan Azərbaycandan keçən yollar da Ermənistan üçün açılacaq”.

Missiya.Az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

O bildirib ki, hazırda bu yollar hələ açılmayıb, ona görə də Ermənistan vətəndaşları üçün həmin yollarda hərəkət etmək mümkün deyil:

“Lakin biz o yolları Ermənistanın bütün vətəndaşlarına görə əlçatan etmək üçün sürətləndirilmiş templə irəliləyirik”, - deyə siyasətçi vurğulayıb.

Xudatyan ABŞ-də imzalanmış sənədlər nəticəsində Ermənistanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qoruyaraq, ayrılmamış yollar alacağını əmin edib və bunu Ermənistan dövlətinin inkişafında çox mühüm amil adlandırıb.

Nazir prosesin birtərəfli ola biləcəyindən narahat olmadığını izah edib.

 

Onun sözlərinə görə, sənəddə bu cür narahatlıqları aradan qaldıran qarşılıqlılıq prinsipi aydın şəkildə müəyyən edilib:

“İmzalanmış sənədlər ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinin qorunub saxlanmasının təminatıdır”, - deyə Xudatyan əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
1
missiya.az

2Mənbələr