Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. O bildirib ki, bu il 50 mindən çox şəxs tələbə adını qazanıb və bunların da əksəriyyəti Bakıya üz tutacaq:

“Hazırda ümumi yataqxanalar, tələbə şəhərcikləri olmadığı üçün məhz kirayə evlərə müraciət edirlər. Bazarda çox tələbat var, avqust ayında qiymətlərin artımını artıq hiss edirik. Evlərin azlığı və qiymət artımı tələbələri məcbur edir ki, bir neçə nəfər birləşərək bir evdə yaşasınlar. Çünki hər tələbənin ayrıca ev tutma imkanı məhduddur. Bu da kirayə ev verənlər üçün diskamfort yaradır. Çünki adətən kirayə qalanların çoxluğu həmin evin daha çox istifadəsinə, daha tez aşınmasına və digər problemlərə səbəb olur”.
Ekspert qeyd edib ki, kirayə evlərin qiymətində ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10–12 faiz artım var:
“Əvvəllər 450–500 manata köhnə tikililərdə 1 otaqlı ev tapmaq mümkün idisə, indi 550–570 manatdır. Təzə tikililərdə isə 600–650, hətta 700 manata təkliflər olunur.
Hazırda tələbələrin çıxış yolu birləşib ev tutmaqdır. Digər variant isə tələbə şəhərciklərinin, yataqxanaların tikilməsi üçün dövlət proqramlarının işə salınması, həmçinin təhsil müəssisələrinin şəhərin kənarına çıxarılmasıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
demokrat.azYeni tələbələrin nəzərinə! — Bakıda kirayə bahalaşıb ( 20420352)
-
modern.azYeni tələbələrin nəzərinə! Bakıda kirayə bahalaşıb ( 20419653)
-
modern.azYeni tələbələrin nəzərinə! - Bakıda kirayə bahalaşıb ( 20419650)
-
modern.azYeni tələbələrin nəzərinə! - Bakıda kirayə bahalaşıb ( 20419632)
-
bizimyol.infoİsrailin əmlak bazarına investisiya qoyanlar kəskin azalıb ( 20415057)
-
turkic.worldİraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL) ( 20400684)
-
turkic.worldİyul ayında Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL) ( 20367843)
-
turkic.worldİyul ayında Misirlilərin Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL) ( 20348355)
-
referans.azBakıda kirayə ev böhranı - tələbələr çətin durumda ( 20346096)
-
demokrat.azKirayə ev bazarında kəskin artım YENİ QİYMƏTLƏR ( 20345175)