AZ

UFC də yeni sima: Rusiyalı döyüşçü debüt qarşılaşmasına çıxacaq

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyalı MMA döyüşçüsü Baysanqur Susurkayev UFC-də debüt döyüşünü keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Dana Uayt sosial şəbəkə hesabında məlumat yayıb.

Avqustun 13-də çeçen idmançı Uaytın "İddiaçılar Seriyası"nda bəhreynli Murtaza Talha Əlini ilk raundda nokaut edib və UFC ilə müqavilə imzalayıb.

İndi Baysanqur Susurkayev avqustun 17-də ABŞ-nin Çikaqo şəhərində keçiriləcək "UFC 319" turnirində ABŞ-li Erik Nolanla döyüşəcək.

"Susurkayev üçün dörd gündə ikinci döyüş! O, ilk döyüşünü dörd gün əvvəl qəbul etmişdi. Bu, UFC-nin müasir tarixində döyüşlər arasında ən qısa intervaldır. Əvvəlki rekord Xamzat Çimayevə məxsus idi - 10 gündə iki döyüş", - deyə Uayt bildirib.

Qeyd edək ki, Baysanqur Susurkayev MMA-da keçirdiyi doqquz döyüşün hamısında qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
12
oxu.az

10Mənbələr