AZ

Kirayəşin ev sahibinin başına oyun açdı: Həm kirayəni ödəmədi, həm də...

İstanbulun Avcılar rayonunda ev sahibi əcnəbi ailəyə kirayə verdiyi mənzildə xoşagəlməz sürprizlə qarşılaşıb.

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, iddialara görə, kirayəşin son aylarda icarə haqqını ödəməyib, iyul ayında isə yalnız bir hissəsini verərək şəxsi əşyalarını götürüb evi tərk edib.

Ev sahibi mənzildəki mebellərin yararsız hala düşdüyünü görərək onları binanın yanındakı boş sahəyə çıxarıb. Yeddi gündür küçədə qalan əşyalar sakinlərin narazılığına səbəb olub.

Avcılar Bələdiyyəsinin əməkdaşları əşyaları yük maşınına yükləyərək ərazidən uzaqlaşdırıblar.

Seçilən
78
publika.az

1Mənbələr