Ajans.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Hazırda söhbət Rusiya və Amerika Birləşmiş Ştatları arasında müzakirələrdən gedir. Ukrayna tərəfinin rəyi ilə bağlı sual sonrakı mərhələnin işidir", - Peskov qeyd edib. O eyni zamanda bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlardan sonra Moskva və Vaşinqton hər hansı sənəd imzalamağı planlaşdırmır.
Mətbuat katibi jurnalistlərə bildirib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər: "Sammitin yekunu üzrə sənəd imzalanması gözlənilmir. Hər hansı sənədin imzalanması ehtimalı azdır".