AZ

İran və Rusiyanın Zəngəzura müdaxilə halında Tramp bu addımları atacaq...


İlyas Hüseynov: "Burada İran və Rusiyanın ciddi surətdə proseslərə təsir imkanları olsa da, bu baş verməyəcək"

Hazırda İran və Rusiya Tramp dəhlizinin açılmasının əleyhinədir. Lakin onlar hələ də 8 avqust razılaşmasının əleyhinə açıqdanışmağa cəsarət elməyiblər. Rusiya dolayısı ilə bəyan edir ki, onun maraqları bu dəhluzdə nəzərə alınmalıdır.

İran isə əvvəlki mövqeyində (Zəngəzur dəhlizinin açilması İranin "qırmızı xətti" olaraq qalır) qalsa da, hakimiyyətdə parçalanma müşahidə edilir. Prezidentin mövqei daha yumşaq, ali dini liderin mövqeyi isə sərt olaraq qalır. Zəngəzur dəhlizinin (Tramp yolu) açılması istiqamətində real addımlar atılanda hər iki tərəf - İran və Rusiya öz real mövqelərini açıq şəkildə ifadə etmək məcburiyyətində qalacaqlar.

Həmin mərhələdə İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına mane olsa, Amerika hansı formalarda müdaxilə edə bilər?

Baki-xeber.com-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov bidirib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanan memorandum bölgəmiz üçün böyük əhəmiyyət kəsb edir: "Geosiyasi sahədə və zəmin üzərində yeni bir vəziyyət formalaşdır. Çünki Zəngəzur dəhlizi üzərində ABŞ-a məxsus şirkət həm infrastrukturun qurulmasına sərmayə yatıracaq, həm də təhlukəsizliyə nəzarət edəcək. Yəni Ermənistan ərazisində ABŞ-ın varlığı genişlənəcək. Bu da geosiyasi qarşıdurmalara səbəb ola bilər.

Biz əvvəllər də bildirirdik ki, ABŞ-ın regionda bu şəkildə iştirakı Rusiya və İran tərəfindən neqativ qəbul ediləcək. Artıq biz onun təzahürlərini görürük. Rusiya da, İran da hələ ki, bəyanatlar səviyyəsində ABŞ-ın Cənubi Qafqazda geniş anlamda iştirakına qarşı çıxır. Lakin bu proses artıq geridönməz bir xarakter alıb. Çünki Ermənistanın baş naziri bu sənədə imza atıb, eyni zamanda, ABŞ-la Ermənistan arasında da ikitərəfli siyasi gündəliyi əhatə edən xeyli sənədlər təsdiqlənib.

Fikrimizcə, əgər İranla Rusiya ciddi surətdə hibrid müstəvidə pozuculuq fəaliyyəti həyata keçirəcəksə, ABŞ-ın regiona müdaxilə etməkdən başqa çıxış yolu qalmayacaq. Amma ABŞ kimi super-dövlətin regionda iştirakı İran və Rusiya üçün çəkindirici faktordur. Əlbəttə, Cənubi Qafqazda gərginlik risqləri və təhdidlər artmaqdadır. Yeni-yeni çağırışlar ortaya çıxır. Biz bu çağırış hazır olmalıyıq. Bu çağırışlar həm də Ermənistana təsirlərə malikdir.

Hazırda Ermənistan çıxılmaz vəziyyətdədir - ölkənin bir hissəsini dünyanın əsas güc mərkəzinin nəzarətinə verdi. Bununla rəsmi İrəvan özünə geosiyasi xallar qazanmaq niyyətindədir. Bu, Ermənistanın rasional seçimidir. Digər tərəfdən isə, təhlükəsizlyin etibarlı şəkildə təmin edilməsi Azərbaycanın da maraqlarındadır.

Hesab edirəm ki, burada İran və Rusiyanın ciddi surətdə proseslərə təsir etmək imkanları olsa da, bu baş verməyəcək. Çünki zatən İran və Rusiya ayrı-ayrı coğrafiyalarda ABŞ-la hər zaman birbaşa toqquşmadan çəkiniblər. Yox, əgər onlar hər hansı bir şəkildə müdaxilə etsələr, adekvat cavab alacaqlar".

Siyasi şərhći onu da əlavə etdi ki, əgər İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına birbaşa və ya dolayı yolla mane olmağa çalışsa, Tramp administrasiyasının addımları, çox ehtimal ki, üç mərhələli olacaq - diplomatik, iqtisadi və hərbi-siyasi: "Diplomatik təzyiq müstəvisində ABŞ məsələni BMT Təhlükəsizlik Şurası və ATƏT səviyyəsinə çıxara bilər. Bunu beynəlxalq nəqliyyat və enerji təhlükəsizliyi məsələsi kimi təqdim edər. Tramp

Ermənistan və Azərbaycan arasında Vaşinqton vasitəçiliyi ilə imzalanmış sazişin “pozulması”nı əsas gətirib müttəfiqlərini (AB, Böyük Britaniya, Türkiyə, Gürcüstan) bir blokda toplamağa çalışar.

Amerika İran və Rusiyanın bu addımını “regional sabitliyi pozan” hərəkət kimi təqdim edərək beynəlxalq təcrid siyasətini gücləndirə bilər.

İqtisadi sanksiyalar baxımından Rusiya və İran şirkətlərinə, xüsusilə də dəhliz bölgəsində fəaliyyət göstərən hərbi-logistika strukturlarına qarşı hədəfli sanksiyalar tətbiq edilə bilər.

Dəhlizin açılışına mane olan konkret şəxslər “Magnitsky Aktı” çərçivəsində qara siyahıya salına bilər.

İran və Rusiyanın regional ticarət yollarına çıxışını məhdudlaşdıracaq yeni tranzit blokadaları barədə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə anlaşmalar əldə edilə bilər.

Hərbi-siyasi müstəvidə ABŞ bölgəyə rəsmi hərbi qüvvə yerləşdirmək əvəzinə, “təhlükəsizlik müşahidə missiyası” formatında NATO və ya ikitərəfli əsasda müşahidəçilər göndərə bilər.

Ermənistanla ABŞ arasında hərbi təlimlər və silah təchizatı sürətləndirilə bilər ki, bu, İrana və Rusiyaya “dolayı hərbi siqnal” kimi dəyərləndiriləcək.

Türkiyə ilə birgə “hava nəzarəti” və pilotsuz uçuş aparatlarının bölgədə patrul kimi texniki dəstək mexanizmləri işə salına bilər.

Bu ssenaridə Trampın üslubu, çox güman ki, “sürətli reaksiyalı, amma formal olaraq münaqişəyə girməyən” xətt olacaq, yəni ABŞ birbaşa döyüşə girmədən İran və Rusiyanın addımlarını bahalı və risqli edəcək".

Akif NƏSİRLİ

Seçilən
37
50
baki-xeber.com

10Mənbələr