AZ

Putin və Trampın Alyaska görüşündə kimlər olacaq?

Ağ Ev Rusiya ilə Alyaskada keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinin tərkibinə kimlərin daxil ediləcəyini açıqlayıb.

Bu barədə Moderator.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ tərəfini Prezident Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff və maliyyə naziri Skott Bessent təmsil edəcək.

Vaşinqtondan vurğulanıb ki, Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil, diplomatiya və Ukrayna münaqişəsinə sülh yolu ilə son qoymaq yollarının tapılması isə onun üçün prioritet olaraq qalır.

Ağ Evdən əlavə ediblər ki, Tramp Putinlə görüş zamanı bu məqsədə çatmaq üçün "bütün mümkün variantlardan" istifadə etməyi planlaşdırır.

Trampın Alyaskaya uçuşu Vaşinqton vaxtı ilə cümə günü səhərə planlaşdırılıb. İkitərəfli danışıqlardan və hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə birgə nahardan sonra mətbuat konfransı nəzərdə tutulub.

Seçilən
41
50
moderator.az

10Mənbələr