AZ

Paşinyan: İlham Əliyevlə münasibətləri dəyişmək istəyirik KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyan Fox News-a müsahibə verib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o bildirib ki, bir gündə, hətta bir həftə, ay və ya ildə bütün vəziyyəti dəyişmək mümkün deyil.

“Lakin çox vacib və aydın bir fakt var, dünənki bəyanat da bunu göstərir: biz hər ikimiz – yəni Prezident İlham Əliyev və mən bu vəziyyəti dəyişmək istəyirik. Ölkələrimiz arasındakı münasibətlərin məzmununu dəyişmək niyyətindəyik”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, ilkin sülh sazişi ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasını nəzərdə tutur: “Bu, orta və uzunmüddətli məqsəddir və biz onun reallaşmasına fokuslanacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
4
konkret.az

5Mənbələr