AZ

Rubio: Sülh Rusiya və Ukraynanın əlindədir

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün sülh sazişi təhlükəsizlik zəmanətləri ilə yanaşı, münaqişənin mərkəzində olan ərazi mübahisələri və iddialar üzrə danışıqlar tələb edəcək.

Turkustan.az xəbər verir ki, Rubio Vaşinqtonda Dövlət Departamentinin binasında Paraqvay xarici işlər naziri Ruben Ramirez Lezkano ilə keçirilən imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırıb.

Cümə günü ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə çıxış edən Rubio sammitin Ukrayna və Rusiya arasında “münaqişəni dayandıracağına” ümid etdiyini bildirib.

"Düşünürəm ki, biz hamımız razıyıq ki, sülhə nail olmaq üçün təhlükəsizlik təminatları haqqında söhbət aparılmalıdır. Ərazi mübahisələri, hüquq iddiaları, onların nə üçün mübarizə apardıqları barədə söhbət aparılmalıdır", - Rubio bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr