Ucarda yol qəzası olub, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən kecən hissəsində qeydə alınıb. "Nissan" və "Daewoo Centra" markalı minik avtomobilləri toqquşub. Nəticədə Oğuz rayon sakinləri - 1978-ci il təvəllüdlü Yaqut Hacıyeva və oğlu 2005-ci il təvəllüdlü Nihat Hacıyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların Ağdaş rayonundan yas məclisindən qayıdan zaman qəzaya düşdükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info