AZ

Tramp Alyaskada "problem həll edilməsə" Rusiyaya qarşı yeni sanksiyalar vəd edib

ABŞ prezidenti Donald Tramp avqustun 15-də  Vladimir Putinlə görüşündə Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Qaziler.az bildirir ki, bu barədə CNN Trampın mətbuat qarşısında çıxışına istinadən məlumat yayıb.

Jurnalistlər Trampdan soruşublar ki, əgər Putin hörmətsizlik etsə, Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq edəcəkmi?

"Əlbəttə, əgər problem həll olunmasa. Baxın, bir dənə də olsun əsgər itirmədik, heç kəsi itirmədik. Amma bu, müharibə idi, mən müdaxilə etməsəydim, III Dünya Müharibəsi ola bilərdi, mən sizə deyirəm. Baydenin nə baş verdiyindən xəbəri yox idi", - ABŞ prezidenti cavab verib.

O, əlavə edib ki, Ukraynada vəziyyət çox pisləşir və o, “ən azı, vəziyyəti xeyli sakitləşdirib”.

"Düşünürəm ki, mənimlə razılaşacaqsınız. Amma onlar hələ də həftədə minlərlə əsgər itirirlər və biz bu problemi həll etməliyik", - Tramp deyib.

QAZİLER.AZ

 

Seçilən
19
2
qaziler.az

3Mənbələr