Çin xarici işlər naziri Van İ bildirib ki, Tailand və Kamboca sərhəd bölgəsində yaranmış gərginlikdən sonra “etimad və dostluğu bərpa etmək” məqsədilə dialoq və məsləhətləşmələri davam etdirir.
Editor.az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, Van İ bu fikirləri Yunnan əyalətinin Anin şəhərində keçirilən Lantsan-Mekong əməkdaşlığı (LMC) çərçivəsində Tailandın xarici işlər naziri Maris Sangiampongsa ilə görüşündə səsləndirib.
O, Pekinin hər iki ölkənin istəklərinə uyğun olaraq vəziyyətin həlli üçün yardım göstərməyə hazır olduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az