AZ

Alyaskadan yeni görüntülər

Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriev təyyarənin pəncərəsindən Alyaskanın təbiətini lentə alıb.

Publika.az xəbər verir ki, o, sözügedən fotoları "X" sosial şəbəkəsində paylaşıb.

“Alyaskada günəşli və gözəldir”, - o fotolara belə şərh verib.

Dmitriyev danışıqlarda xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin köməkçisi Yuri Uşakovunda iştirak edəcəyini bildirib.

Seçilən
27
24
publika.az

10Mənbələr