AZ

Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bakının üç rayonunda bəzi ərazilərin qaz təchizatında müvəqqətifasilə yaranacaq.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan etibarən Sabunçu, Suraxanıvə Qaradağ rayonları ərazisindəki qaz xətlərində aparılacaqtəmir-quraşdırma işlərilə əlaqədar qaz təchizatıdayandırılacaq.

Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev,Q.Musabəyov, X.Natəvan, 1 May və Y.Saratov küçələrinin birhissəsinin, Qaradağ rayonu üzrə Qobustan, Umbakı, Əzimkənd,Səngəçal qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayışmassivlərinin, Suraxanı rayonu üzrə isə kənd Hövsan ərazisinin,Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif vəA.Caparidze küçələrinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.

Seçilən
4
46
az.trend.az

10Mənbələr