AZ

Çində sənaye istehsalının, pərakəndə satışların və investisiyaların artım tempi zəifləyib

Çin iqtisadiyyatı, iyul ayında daxili tələbatın zəif qalması fonunda ümumi artım tempində yavaşlama ilə üzləşib.

Marja xəbər verir ki, Çin Milli Statistika Bürosunun cümə günü açıqladığı rəsmi göstəricilərə əsasən, ölkədə pərakəndə satışlar ötən ay illik müqayisədə cəmi 3,7 faiz artıb. Bu göstərici, iqtisadçıların 4,6 faiz artım proqnozundan xeyli aşağı olub və iyunda qeydə alınan 4,8 faizlik artımı da geridə qoyub.

Marja xəbər verir ki, sənaye istehsalı iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib. Bu, ötən ilin noyabrından bəri qeydə alınan ən aşağı dinamika olmaqla yanaşı, analitiklərin 5,9 faizlik artım gözləntisindən də geri qalıb. İyunda artım 6,8% təşkil etmişdi. 

Sabit əsaslı kapital qoyuluşları isə iyulda 1,6 faiz artıb. Bu nəticə iqtisadçıların 2,7 faizlik artım proqnozunu doğrultmayıb və ilin ilk yarısındakı 2,8 faizlik artımla müqayisədə zəifləmə göstərib.

Çində işsizlik nisbəti 5%-dən 5,2%-ə yüksəlib. 

Çin iqtisadiyyatı Çin iqtisadi artımı Çin iqtisadiyyatı iyul 2025 Çin daxili tələbat Çin pərakəndə satışlar Çin sənaye istehsalı Çin iqtisadi göstəricilər Çin iqtisadi yavaşlama Çin kapital qoyuluşları Çin iqtisadi xəbərlər Milli Statistika Bürosu Çin dünya iqtisadiyyatı Asiya iqtisadiyyatı
Seçilən
74
8
marja.az

10Mənbələr