Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər tərkib hissələri ilə birlikdə Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.
Mətləb