AZ

Əhalinin NƏZƏRİNƏ! Bu rayonlarda...

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

15.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən Sabunçu, Suraxanı və Qaradağ rayonları ərazisindəki qaz xətlərində aparılacaq təmir-quraşdırma işlərilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Bu barədə News24.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev, Q.Musabəyov, X.Natavan, 1 May və Y.Saratov küçələrinin bir hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin Umbakı, Əzimkənd, Səngəçal qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Suraxanı rayonu üzrə isə kənd Hövsan ərazisinin, Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
14
news24.az

10Mənbələr