AZ

Ukrayna Həştərxana zərbə endirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər tərkib hissələri ilə birlikdə Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.

Seçilən
0
18
cebheinfo.az

10Mənbələr