Ağdərə rayonuna növbəti köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə köç karvanı Ağdam Təzəkənd kəndində keçid postundan Kolatağ kəndinəyola düşüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq, Ağdərə rayon Kolatağ kəndinə ilkndəfə 26 ailə olmaqla 89 nəfər köçürülür. Bu mərhələdə köçürülən ailələr bu günə kimi Sumqayıt, Bərdə, Qəbələ, Göygöl, Füzuli, Oğuz, Ağcabədi,Ağdam rayonları, həmçinin Sumqayıt və Bakı şəhərlərindəyerləşən inzibati binalarda məskunlaşan ailələr olub.