Pakistan mediası xəbər verir ki, bu ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb. Xilasedicilərin məlumatına görə, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.
Bölgəyə yağan güclü yağışdan sonra Sori Pav rayonunda bir evin uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əyalətin Mansehra rayonunda avtomobili sel aparması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 328-ə çatıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan yaralanıb. Ölənlərin əksəriyyətinin – 164 nəfərin və 582-dən çox yaralının şərqdəki Pəncab əyalətində olduğu bildirilib.
Güclü yağışlar Balatistan bölgəsinin müxtəlif nöqtələrində sürüşmələrə səbəb olub, xilasedicilər müxtəlif ərazilərdə qapalı qalan insanları təxliyə etmək üçün mübarizə aparıblar.
10Mənbələr
-
metbuat.azDaşqın və torpaq sürüşmələri 300 dən çox can aldı ( 20416293)
-
metbuat.azDaşqın və torpaq sürüşmələri 300-dən çox can aldı ( 20416272)
-
icma.azPakistanda leysan yağışlar və daşqınlar nəticəsində 300 dən çox adam ölüb ( 20415060)
-
xezerxeber.azPakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıbYENİLƏNİB ( 20411307)
-
poliqon.infoPakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıb ( 20411238)
-
newscenter.azPakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıb ( 20411148)
-
publika.azPakistanda TƏBİİ FƏLAKƏT: 300-dən çox insan həlak oldu ( 20410830)
-
day.azPakistanda sel və güclü daşqınlar nəticəsində azı 300 nəfər ölüb ( 20406267)
-
operativmedia.azPakistanda sel və güclü daşqınlar nəticəsində 300 nəfər ölüb ( 20405643)
-
az.trend.azPakistanda sel və güclü daşqınlar nəticəsində azı 300 nəfər ölüb ( 20405400)