Pakistan mediası xəbər verir ki, bu ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb. Xilasedicilərin məlumatına görə, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.
Bölgəyə yağan güclü yağışdan sonra Sori Pav rayonunda bir evin uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əyalətin Mansehra rayonunda avtomobili sel aparması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 328-ə çatıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan yaralanıb. Ölənlərin əksəriyyətinin – 164 nəfərin və 582-dən çox yaralının şərqdəki Pəncab əyalətində olduğu bildirilib.
Güclü yağışlar Balatistan bölgəsinin müxtəlif nöqtələrində sürüşmələrə səbəb olub, xilasedicilər müxtəlif ərazilərdə qapalı qalan insanları təxliyə etmək üçün mübarizə aparıblar.
10Mənbələr
-
moderator.azÇində daşqınlar nəticəsində səkkiz nəfər ölüb, itkin düşənlər var ( 20422107)
-
referans.azDaşqınlar nəticəsində 8 nəfər öldü - Bu ölkədə… ( 20420595)
-
news24.azÇində daşqınlar nəticəsində 8 nəfər öldü ( 20418297)
-
yeniavaz.comÇində daşqınlar nəticəsində azı 8 nəfər ölüb ( 20420403)
-
7news.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb ( 20420361)
-
manset.azÇində daşqın - 8 nəfər öldü ( 20420310)
-
azadmedia.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb » AzadMedia.az ( 20419998)
-
azadmedia.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb » AzadMedia.az ( 20419884)
-
dogru.azPakistanda leysan fəlakəti 350 dən çox ölən var ( 20418912)
-
sia.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb ( 20418636)