AZ

Sərnişin avtobusu ilə traktor toqquşdu: 8 yaralı

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,qəza rayon mərkəzinin Üç Yol adlanan ərazisində baş verib. A.Ş.-nin idarə etdiyi 36 SD 978 dövlət nömrə nişanlı traktor, F.O.-nun idarə etdiyi 34 PV 8658 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis əməkdaşı cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Polis yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün ərazidə mühafizə tədbirləri görüb və qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.

Seçilən
23
50
Ajans.az

10Mənbələr