AZ

Azərbaycanda qardaşlardan yarım milyonluq

Azərbaycanda iki qardaş xüsusilə külli miqdarda dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”ya istinadla xəbər verir ki, Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.

Zərərçəkmişlərin bir neçəsi dəmir ticarəti qurmaq, bir neçəsi isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı AR Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Seçilən
53
15
publika.az

10Mənbələr