AZ

Azərbaycanda tikinti materiallarının istehsalı 6% azalıb

Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövr ərzində sementin istehsalı 3,2 faiz, betonun istehsalı 6,3 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 11,7 faiz, asfaltın istehsalı 29,0 faiz, əhəngin istehsalı isə 32,4 faiz azalıb.

Seçilən
53
3
banker.az

5Mənbələr