AZ

Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?

Müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.

XəzərNews.az xəbər verir ki, açıqlamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yayıb.

Bu möhlət konkret olaraq aşağıdakı hallarda tətbiq edilir:

- Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;

- Üç və daha çox övladı olanlara;

- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;

- 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;

- 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.

Xəbər 12 dəfə oxunub.
Seçilən
17
16
xezernews.az

10Mənbələr