AZ

Onlara da əsgərlikdən möhlət verilir - SİYAHI

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin hansı hallarda verildiyi açıqlanıb.

Modern.az-ın məlumatına görə, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

1. başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, yaxud ana; 

2. 3 və daha çox uşaq;

3. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvad;

4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

5. 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Seçilən
9
6
modern.az

10Mənbələr